Ən çox rast gəlinən suya davamlılıq dərəcələri
| ATM | Nə deməkdir? | İstifadə üçün uyğun? |
|---|---|---|
| 3 ATM | 30 metrə qədər təzyiq | Yüngül su sıçramaları (əl yuma, yağış). Üzgüçülük üçün deyil. |
| 5 ATM | 50 metrə qədər təzyiq | Qısa müddətli su ilə təmas (duş, üzgüçülük yaxşı deyil). |
| 10 ATM | 100 metrə qədər təzyiq | Üzgüçülük, snorquel. |
| 20 ATM | 200 metrə qədər təzyiq | Şnorkel, üzgüçülük, su idmanları. |
| Daha yüksək (30+ ATM) | 300 metr + | Dalış üçün uyğundur. |
Qızıl IP örtüklü saatlardan düzgün istifadə qaydası
Qızıl IP örtük (Ion Plating) texnologiyası saatın üzərində dayanıqlı və uzunömürlü qızıl rəng yaradır. Örtüyün rənginin uzun müddət dəyişməməsi üçün aşağıdakı qaydalara riayət etməyiniz tövsiyə olunur.
1. Kimyəvi maddələrdən uzaq saxlayın
Parfüm, dezodorant, krem, saç spreyi və digər kimyəvi maddələr qızıl örtüyə zərər verə bilər. Saatı taxmazdan əvvəl bu məhsulları istifadə etməyiniz məsləhətdir.
2. Su ilə uzun müddət təmasdan qaçının
Saat suya davamlı olsa belə, uzun müddət su ilə təmas örtüyün parlaqlığını azalda bilər. Xüsusilə isti su, hamam və sauna məsləhət görülmür.
3. Dəniz və hovuzda istifadə etməyin
Duzlu su və xlor qızıl örtüyə mənfi təsir göstərə bilər və rəngin solmasına səbəb ola bilər.
4. İdman və ağır iş zamanı çıxarın
Güclü tərləmə və sürtünmə örtüyün daha tez aşınmasına səbəb ola bilər. Buna görə idman və ağır fiziki iş zamanı saatı çıxarmaq tövsiyə olunur.
5. Saatı mütəmadi təmizləyin
Saatı yumşaq və quru parça ilə silmək kifayətdir. Sərt fırça və kimyəvi təmizləyici vasitələr istifadə edilməməlidir.
6. Düzgün saxlayın
Saatı istifadə etmədiyiniz zaman qutusunda və ya yumşaq kisədə saxlamaq cızıqların yaranmasının qarşısını alır.
7. Mexaniki zədələrdən qoruyun
Saatın sərt səthlərə dəyməsi və ya digər metal əşyalarla təması örtüyün zədələnməsinə səbəb ola bilər.
✔️ Bu sadə qaydalara əməl etdikdə qızıl IP örtüklü saatınız uzun müddət öz parlaqlığını və rəngini qoruyacaq.









Rəylər
Hələ heç bir rəy yoxdur.